Şeirlər

Zeynal Cabbarzadə. Məktəblilərin sülh haqqında mahnısı

Musiqi: Qara Qarayev

 

Ana yurdun qucağında,
Boy atırıq azad, şən.
Bəslər bizi, səslər bizi,
Xoş günlərə bu Vətən.


Nəqərat:


Qoy mahnımız hər tərəfi,
Ağız-ağız dolaşsın!
Qoy səsimiz keçilməyən,
Meşə keçsin, dağ aşsın.


II


Hərbi qızışdıranlar,
Olmuş sülhün düşmanı.
Tökmək istər, sökmək istər,
Bombalarla dünyanı.


Nəqərat:

Qoy mahnımız hər tərəfi,
Ağız-ağız dolaşsın!
Qoy səsimiz keçilməyən,
Meşə keçsin, dağ aşsın.


III


Yurdumuza biz arxayıq,
Qorxumuz yox davadan.
Sülh var olsun, bahar olsun,
Yer üzündə hər zaman!


Nəqərat:

Qoy mahnımız hər tərəfi,
Ağız-ağız dolaşsın!
Qoy səsimiz keçilməyən,
Meşə keçsin, dağ aşsın.