Bu maraqlıdır!

Təyyarənin reaktiv mühərriki enerjini haradan alır?

Reaktiv mühərrikdə ağ neft yandırılır. O da benzin kimi yanacaq növlərindən biridir. Yanma zamanı əmələ gələn qazlar hava ilə birlikdə mühərrikin arxa hissəsindən kənara çıxır və bu zaman qüvvə yaranır ki, bu da təyyarəni qabağa itələyir. Təyyarənin hərəkəti üçün lazım olan enerji mühərrikdə ağ neftin kimyəvi enerjisindən alınır.