Bu maraqlıdır!

Hərəkət başqa növ enerjiyə çevrilə bilərmi?

Hərəkət hər bir enerji kimi başqa enerjiyə çevrilə bilər. Məsələn: elektrik stansiyalarında generatorun hərəkəti elektrik enerjisi istehsal edir, eyni qayda ilə velosipedin dinamosu pedalın hərəkətini elektrik enerjisinə çevirir.


Biz ağır bir əşyanı sürüyərək apardıqda döşəmə ilə onun arasında hərəkətin bir hissəsini istiliyə çevirən və sürtünmə adlanan enerji yaranır. Məsələn, bıçağı itiləyən zaman və qatarlar dayanan zaman təkərlər fırlanmadan relsin üzəri ilə sürüşərkən istilik ayrılır.

İstiliyi həm də iki əşyanı bir-birinə vurmaqla almaq olar. Belə hallarda özündə işıq enerjisini gəzdirən qığılcımlar yaranır. 


Beləliklə, hərəkət elektrikə, istiliyə və s çevrilə bilər. Bütün bu hallar enerjinin növləridir.