Bu maraqlıdır!

Təbii yanacaq növlərinin azalması

Kömürün, neftin və təbii qazın yaranması milyon illər ərzində baş verib. Bu yanacaq növlərinin ehtiyatı məhduddur, belə ki, onlar istifadə etdikcə tükənə bilər. Alimlər hesablayıb ki, indiki sürətlə istifadə edilərsə neft və təbii qazın ehtiyatı 50 il, kömür ehtiyatı isə 300 il bəs edə bilər. Buna görə də gələcəkdə yeni enerji növlərindən, ilk növbədə isə bərpa oluna bilən enerji növlərindən istifadə olunmalıdır.