Zahid Xəlil. Keçi və Əziz
-Mənim saqqallı keçim,
Bir badya süd ver içim.
-Ay mənim dostum, Əziz
Gəl belə şərtləşək biz:
Otar şehli çəməndə
Süd verim sənə mən də.
Razılaşdı bu sözlə Əziz:
-Lap yaxşı, - dedi.
O, keçini otardı
Hər səhər qaymaq yedi.