Nağıllar, hekayələr

Lak nağılı. Ağ inək Zaza

Bir vaxtlar bir dul kişi yaşayırdı. Onun yeganə qızı vardı. 

 

Qız qonşuda yaşayan dul qadının yanına ya od almağa, ya da duz istəməyə gedərdi. Dul qadın nəinki imtina edərdi, hətta ona bəzən çörək, bəzən piroq, bəzən də ət və alma verərdi. O, dəfələrlə qıza demişdi;

 

- Atanı yola gətir ki, məni alsın.

 

Qız da həmişə atasına deyərdi;

 

- Ata, qonşudakı qadınla evlən. 

 

- Qızım, gözlə. Qoy inəyimiz doğsun, sonra evlənərəm – deyə ata cavab vermişdi. 

 

Budur, qız yenə də atasından xahiş etdi:

 

-Ata, qonşu qadınla evlən! 

 

- Gözlə qızım qoy taxıl yetişsin. Budur, taxıl da yetişdi.

 

- Qonşu qadınla evlən, ata!

 

- Qonşu qadınla evlən, ata! – deyə qız təkid etdi. 

 

Nə etməli, ata nəhayət, qonşu dul qadınla evləndi. 


Budur, ögəy ana keks hazırlayır. Özünə pendir və ya kəklik otu ilə, ögey qızına isə kül və qumla. 


Özünə yumşaq samandan kisə toxuyur, qızın yatağını isə tikanlı edirdi.

 

- Ata, mən heç nə yeyə bilmirəm! Ata mən yata bilmirəm, - deyə qız şikayətlənirdi.


Ögəy ana isə şər yıxırdı və çox istəyirdi ki, ögey qızı evdən qovulsun.


Günlərin birində ata meşəyə odun dalınca getdi. O, özü ilə qızını da götürdü. Burada qız atasının çuxasının üstündə yuxuya getdi. Ata qızı burada qoyub, özü sakitcə meşədən getdi.


Qız yuxudan ayıldı və gördü ki, atası yanında yoxdur. O, bir tənəyə qalxdı və qışqırdı.


- Ata!


O biri tənəyə qalxdı və qışqırdı:

- Ata!


Lakin səs çıxmadı. Onda qız bir ağaca qalxdı və acı-acı ağladı.


Bu vaxt buradan canavarlar keçirdi. Onlar qızdan soruşdular:

 

- Ay qız, niyə ağlayırsan?

 

- Ona görə ağlayıram ki, siz məni yeyə bilərsiniz.

 

- Biz sənə toxunmarıq, odur, ayı sürüsü gəlir, görürsən?


Onlar səni yeyə bilərlər. Bura ayılar gəldi.

- Ay qız sən niyə ağlayırsan?

- Ağlayıram ki, siz məni yeyə bilərsiniz.


- Biz sənə toxunmarıq. Odur, tülkü dəstəsi gəlir. Bax, onlar səni yeyə bilərlər, - deyə ayılar bildirdilər.


Tülkülər gəldilər və dedilər:

 

- Biz səni yemərik. Odur, bax ağ inək Zaza gəlir. O bir buynuzu ilə göyü qazır, o birisi ilə yeri. Bax, qoy o səni yeməsin.


Budur, ağ inək Zaza gəldi və ağacın altında oturub dedi:


- Oh, mən möhkəm yorulmuşam.


Birdən onun üstünə damcı düşdü. O yuxarı baxdı və dedi:


- Yağış yoxdur, damcılar hardan gəlir?


Sonra o yenə də yuxarıya baxdı və nəhayət, ağlayan qızı gördü.


- Sən kimsən, mənim balam? – deyə Zaza soruşdu.


- Qorxuram ki, sən məni yeyərsən, - deyə qız cavab verdi.


- Yox, yox, qorxma. Gəl mənimlə gedək.


Onlar çox getdilər, az getdilər, gəlib zirzəmiyə çıxdılar.


Burada Zaza bir neçə bardaq göstərib dedi:


- Qızım, nə qədər istəyirsən, ye iç, ancaq bardaqlara toxunma.


Lakin bir gün ağ inək Zaza evdən harasa getdiyi vaxt qız barmağını bir bardağa soxdu, elə o anda barmaq gümüşü rəng aldı. Qız qorxdu, daşı götürüb barmağını əzdi, sonra da ona sarğı qoydu. Ağ inək Zaza evə gəldi.


- Sənin əlinə nə olub, qızım?


- Heç nə, - deyə qız cavab verdi.


- Göstər görək, mənim balam?


Görəndə ki, barmaq əzikdir, ağ inək Zaza dedi:


- Soyun, qızım mənim, bu bardaqda çim.


Qız soyundu, bardaqda çimdi və o, bütünlüklə gümüşü rəngdə oldu.


- İndi isə o biri bardaqda çim.


Qız çimdi və qızılı rəngdə oldu.


- İndi isə əlini mənim sağ qulağıma sal. Qız oradan mis və çini bardaqlar, padnoslar, fincanlar, böyük qazanlar, şüşə qrafinlər çıxartdı.


- İndi isə sən əlini o biri qulağıma sal.


Qız oradan mirvari, mərcan, ipək paltarlar, şallar, sarı ayaqqabılar, yasəmən çıxartdı.


Sonra ağ inək Zaza qıza qırmızı paltar geyindirdi. Ona qənd-şəkər yedizdirdi və qızı xanın oğluna ərə verdi.


O toyda məndə rəqs etdim, yedim, içdim, sonra isə sizin yanınıza gəldim.