Şeirlər

Ələsgər Əlioğlu. İşığın dili

Çıxıb təkcə gəzməyi,

Bacarıram şəhərdə.

Maşınlardan qorxmuram,

Heç vədə küçələrdə...

Qırmızı işıq deyir:

Keçiddə ayaq saxla!

Sarı deyir:

Hazırlaş!

Yaşıl deyir:

Di adla!

Çox yaxşı öyrənmişəm,

Keçməyi hər keçiddən.

İndi başa düşürəm

İşığın dilini mən.