Şeirlər

Zahid Xəlil. Qələmim

Köynəyi al lalədən,
Qırmızırəng qələmim!
Gəl mənim dəftərimə
Xoruz çəkək qələmim.


 
Onu elə çəkək ki,
Tükləri çiçək olsun.
Lələyi qövsi - qüzeh
Gözü mərcimək olsun.


 
Dimdiyi əyri olsun
Dəhrəburun xoruzun
Caynağı qarmaq kimi
Quyruğu da lap uzun.


 
Sinəsini qabardıb
Ayağını cütləsin.
Mənim qəşəng xoruzum
Çox uzağa getməsin.
Başla, xoruzu çəkək,
Di bir az tələs görək!