Mirmehdi Seyidzadə. Analar bayramı
Ana var ki, həkimdir,
Dərdlərə dərman verir.
Ürəyinin qanından
Xəstələrə can verir.
Ana var müəllimdir,
Məşəltək yana-yana
İşıq verir, nur saçır,
Elm öyrədir insana.
Ana var ki, neftçidir,
Yerin bağrını yarır.
Dənizin ortasında
Dərindən neft çıxarır.
Mərd övladlar yetirən,
Mərd analar var olsun!
Yer üzündə analar,
Daim bəxtəvər olsun!
Anaların bayramı
Mart ayının səkkizi.
Ey analar, hamımız
Təbrik edirik sizi!
12.05.2022