Şeirlər

Mina Rəşid. Dənizə apar məni

Dəniz necə böyükdü,
Dəniz necə gözəldi!
Rəngli balıqqulağı
Sanki bağda xəzəldi.


Toplayıram onları
Aparacam nənəmə.
Nənəm çox sevinəcək
Gəmi alacaq mənə.

 

 

Dənizlə oynayıram
Ləpələr qovur məni.
Deyirəm, ata, hər gün
Dənizə apar məni!