Musiqi

Üzümçülər uşaq mahnısı

Musiqi: Şəfiqə Axundova
Söz: Cavad Cavadlı

 

I
Qara şanı qara gözüm,
Göy tənəkdə düzüm-düzüm,
Becərmişəm onu özüm.
Hər tənəyi bir qanadım,
Üzümçüdür mənim adım.

 


II
Gilələri sarı, ağdır,
Salxımları çilçıraqdır,
Süfrələrə axacaqdır.
Hər yaşıl bağ bir muradım,
Üzümçüdür mənim adım.

 

III
Düzə axsın gur bulaqlar,
Ürəyimdə arzu çağlar,
Çoxaldıqca yeni bağlar.
Bu həvəsdən heç doymadım,
Üzümçüdür mənim adım.