Nağıllar, hekayələr

Bala Sığırçın

Ana-sığırçın  Bala-sığırçını uçmağı öyrədirdi. Bala çox balaca idi. O hələdə zəif və bacarıqsız qanad vururdu. Özünü havada saxlaya bilməyib, o yerə yıxıldı və əzildi. Bala hərəkətsiz uzanıb, yazıq yazıq cikkildəyirdi.

 

Ana-sığırçın çox narahat idi. O Bala-sığırçının üstündə uçub, bərkdən cikkildəyirdi və bilmirdi necə ona kömək etsin.


Bala-sığırçını yoldan keçən bir qız götürdü və taxta qutuya qoydu. Qutunu da qoydu ağaca.

 

Ana-sığırçın balasına qullug edirdi. Hər gün ona yemək gətirib, onu yedizdirirdi. Bala-sığırçın tez zamanda sağalmağa başladı və artıq o şən cikkildəyirdi və bərkimiş qanadlarını tərpədə bilirdi.

 

Günlərin bir günü qoca pişik Bala-sığırçını yemək istədi. O sakit ağaca dırmaşıb, qutunun yanında Bala-sığırçını pusurdu.


Amma bu vaxt Bala-sığırçın qanad açıb uçdu və qorxmadan qoca pişiyin qabağında qanad vurdu.


Pişik onun ustünə tullandı, Bala-sığırçın cəld yuxarı uçdu və pişiyin əli boşa çıxıb, ağacdan yerə guppultuynan yıxıldı.

 

Bir qısa zamanda Bala-sığırçın tam sağaldı və Ana-sığırçın onu öz doğma yuvasına apardı.