Nağıllar, hekayələr

Stanislav Breyer. Top dilə gəldi

Bir vardı, bir yoxdu, Petenka adlı bir oğlan vardı. Petenka 7-ci mərtəbədə yaşayırdı. Bir gün o, öz otağında topu ilə oynamağa başladı. Lakin top o tərəf - bu tərəfə çox həvəssiz diyirlənirdi. 

 

Nəhayət top dözə bilməyib dilə gəldi:

 

- Bilirsən Petenka, düzdür mən cansız olsam da, aşağıdakı yaşlı nənəyə yazığım gəlir. Yazıq nənə gör bizim səsimizdən indi nə gündədir...