Şirinxanım Kərimbəyli. Himnimiz-bayrağımız
Himnimiz – Bayrağımız,
Vətənin ürəyidir.
Sabaha növrağımız,
Millətin dirəyidir.
Hər ölkəyə qonaqdır,
Qorumasaq qınaqdır!…
Ömrümüzə sınaqdır,
Ölkənin gərəyidir.
Hər ikisi müqəddəs,
Bunu bilməli hər kəs,
Biz kimik onlarsız bəs?…
Bu dünyanın rəyidir.