Təbiət

Mekonq çayının uçan alovları

Mekonq alovları və ya “Naq” alov topları, Mekonq çayında baş verən heyrətamiz təbiət fenomendir. Zaman-zaman gecə vaxtı, çayın üstündə basketbol topu böyüklüyündə qırmızımtıl parlayan işıqlar, yəni alovlar, görünür. Bu fenomen ildə bir dəfə oktyabr ayının ilk günlərində baş verir. Gün batdıqdan sonra və səma üzərində bütöv ay görsənən zaman, müxtəlif rəngli minə yaxın alov topları suyun içindən bir neçə yüz metr yüksəkliyə qalxaraq, daha sonra yox olur. Toplar yaşıl, çəhrayı, sarı və ya narıncı rəngdə ola bilər.


Mekonq alovları daha çox Tayland və Vyetnamda məşhurdur. Dünyanın hər yerindən bu tamaşanı müşahidə etmək üçün yüzlərlə turist gəlir. Bu münasibətlə taylılar hər il eyni tarixdə çayın ətrafında əyləncə təşkil edirlər. 


Alimlər qeyri-adi hadisənin mahiyyətini tam izah edə bilmirlər. Yerli taylar Mekonq sularında nəhəng Naqa ilanının yaşadığına dair qədim bütpərəstlik inancına inanırlar. Mifologiyaya görə, Naqa - yeddi başlı nəhəng ilandır. Bu ilanın başları ayrı-ayrılıqda suyun içindən havaya rəngli alov topları buraxır. Amma yerli sakinlər deyirlər ki, bəzən toplar başqa yerlərdə və başqa vaxtlarda da görünür. On üç il əvvəl çayın üzərində təxminən üç min alov topu qeyd edilmişdir. Daha rasional insanlar inanırlar ki, bunlar ya Laos sahillərindən əsgərlər tərəfindən atılan atəşlərdir, ya da yerli bataqlıqlarda əmələ gələn və havaya uçan fosfin qazıdır.


Bəs elm bu hadisəni necə izah edir? 


Nəzəriyyəyə görə, çay yatağında üzvi maddələrin parçalanması baş verir. Parçalanma nəticəsində metan əmələ gəlir ki, bu da öz növbəsində səthdə qabarcıqlar əmələ gətirir. Metan oksigenlə təmasda olduqda (müəyyən şərtlərdə) isə öz-özünə alovlana bilər. Lakin bu fərziyyədə də bəzi nüanslar var: 


Bunlardan birincisi odur ki, metan yalnız müəyyən konsentrasiya diapazonunda oksigen mühitində yana bilər. Başqa sözlə, o, yalnız çox dar diapazonda özünü alovlandıra bilər və fosfor tetrahidridlə birlikdə fosfinin olmasını tələb edir. Çayda isə bu qazların lazımi miqdarda tapılması ehtimalı azdır. 


İkinci odur ki, alov toplarının havada yüksəkliyə qalxamasına səbəb olan - daha güclü bir gücdən söhbət gedir. Onları yerdən qaldırmaq üçün mütləq fiziki gücə ehtiyacları var.


Üçüncü məqam isə alov toplarının ildə bir dəfə meydana çıxması ilə bağlıdır və verilən izahat çox mürəkkəbdir. Yerli tədqiqatçılar deyirlər ki, bu təbiət hadisəsinə səbəb – günəş, ay və yerin düzülüşü təsir edir ki, bu səbəbə görə də Mekonq alovları məhz ilin eyni ayı və tarixində baş verir.


Mekonq çayı - Cənub-Şərqi Asiyada axan, Hind-Çin yarımadasının ən böyük çayıdır. Uzunluğu 4500 km, hövzəsinin sahəsi isə 810,000 km² təşkil edir. Laosda milyonlarla insanı qida və su ilə təmin edir, eyni zamanda ölkənin əsas nəqliyyat və ticarət arteriyası kimi xidmət edir. Mekonq adı Tay dilindən gəlir və "Suyun anası" mənasını verir. Laoslular və Vyetnamlılar çayı həmçinin "Doqquz əjdaha çayı" adlandırırlar. Tibetlilər çayı Dza-Çu, Çinlilər isə öz ərazilərində - Lantsantszyan adlandırırlar. Əslində “Mekonq” sözünün mənası “Əsas, böyük çay” kimi tərcümə edilməkdədir. Digər adlar: Maenam Khonq, Mae Khonq, Mekon, Mai-Kianq dillərin qarışığından yaranıb və addakı hər iki söz “çay” mənasını verir. 


Mekonqun deltası dünyada ən iri deltalardan hesab edilir. Vyetnam ərazisində yerləşir. Çayla əlaqədar ilk araşdırmaları Ernest Dudar və Qarne Fransis aparmışdır.


Çayın əsas qidalanma mənbəyi yağışlardır. Bununla belə yuxarı axarlarda qar və buzlaqlardan qidalanır. Suyun ən yüksək səviyəsi avqustda, orta səviyəsi oktyabrda, ən aşağı səviyə isə apreldə müşahidə edilir. Çay yatağının dərinliyi yuxarı axarlarda 10–15 m, deltada isə 10 m təşkil edir. Çayın su sərfiyyatı Vyetnamda 4.6 min m³/s, ən yüksək sərfiyyat deltada müşahidə edilir. Çayın ancaq yuxarı axarlarda donur. Buzlanma 1-2 ay müddətində davam edir.


Çayın axınına və səviyyəsinə Tonlesap gölü təsir göstərir. Göldən eyni adlı çay Mekonqa tökülür. Çayın gursulu dövrü iyundan noyabra, az sulu dövrü isə noyabrdan iyuna qədər davam edir.


Mekonqun aşağı axarları boyun ərazilər əkinə cəlb edilib. Xüsusi ilə burada düyü əkilir.