Təbiət

Tundra

Tundra (Fin. tunturi - ağacsız, çılpaq dağlıq ərazi) - Yer kürəsinin, tayqadan şimalda olan hissəsində yerləşən, təbii zonasıdır. Tundranın şimal sərhədi arktikanın başlanğıcı hesab edilir.

 

Təbii zona, mamır bitki örtüyünün, həmçinin kiçik ölçülü çoxillik otların və kolların üstünlük təşkil etdiyi Şimal yarımkürəsinin subarktik enliyində yerləşir. Şimali Amerikanın şimal hissəsinin, Kanada arxepelaqını, Qrenlandiyanın buz örtməyən yerlərini və Avrasiyanın şimal zolağını əhatə edir.

 

Tundrada meşə örtüyünün olmamasının əsas səbəbi - yüksək nisbi rütubətlə birləşən aşağı hava temperaturu, eyni zamanda, güclü küləklər, əbədi donluq və mamır-şibyə örtüyünün altında ağac toxumlarının cücərməsi üçün əlverişsiz şəraitin olmasıdır.

 

Burada hava olduqca sərtdir. Yay qısa və soyuqdur. Ən isti ayın orta temperaturu 10 – 12 C-dən yuxarı qalxmır. İllik yağıntının miqdarı 200 – 300mm-dir. Qış uzun keçir və bərk küləklər əsir. İfrat dərəcədə rütubətlənmə zonasıdır. Bataqlıqlar geniş yayılmışdır.

Bitkilər torpağın səthinə yapışır və sıx bir-birinə qarışmış yastıq şəkilli tumurcuqlar əmələ gətirir. Ərazi əsasən, qumotu, qaymaqçiçəyi, bəzi dənli bitkilər, ladan ağacı və yarpağı tökülən kollar - söyüd, ağcaqayın, qızılağac kimi bitkilər ilə örtülüdür.

 

İyul ayında tundra çiçəkli bitkilərin xalçası ilə örtülür. Çayların və göllərin sahillərində: qızılı lalə, zəncirotu, qütb unutmaməni çiçəyi, yabanı otlar və çəhrayı mitnik çiçəklərinə rast gəlmək olar.

 

Xarakterinə görə tundra bataqlıq, torflu və daşlıqlı olur.

 

Arktik tundra. Şimalda qar və buz zonası ilə həmsərhəd olan Arktika tundrasıdır. Ən isti ayın (İyulda) orta temperaturu +6°C-dən yüksək olmadığından bitki örtüyü məhf olur. Bu ərazi – şibyə və alçaq otlardan ibarətdir (burada kol yoxdur). Bitki örtüyü bütün səthin yalnız 60% -ni əhatə edir. Əhəmiyyətli bir ərazini bataqlıqlar, çoxlu göllər tutur. Yayda, Arktika tundrasının genişliklərində maral otlayır.

 

Mamır-şibyəli tundra. Təbii zonanın orta hissəsində yerləşir. Ərazi müxtəlif növ mamır və şibyə ilə örtülüdür. Burada mamır və şibyədən başqa, qumotu, qırtıc və yerə yapışan söyüdlərə də rast gəlinir. Ərazi marallar üçün əla otlaq yeridir.

 

Kolluqlu tundra. Bu ərazi mamır-şibyədən daha cənubda yerləşir. Kollu tundra Cənubda meşə tundrasına keçir. İyulda havanın orta temperaturu +11°C-ə qədərdir, buna görə də çay vadilərində kolluqlar geniş yayılmışdır. Ərazi əsasən cırtdan söyüddən və kollu qızılağacdan ibarətdir. Yerlərdə söyüd kolları insan boyu qədər ucalır. Kolluqlu tundra cırtdan şam ağaclarının sıx kolluqları ilə zəngindir. Arktikada olduğu kimi, kolluqlu tundrada da böyük ərazilər göllər, mamır və çöl bataqlıqları, çay vadiləri ilə əhatə olunub.

 

Heyvanlar aləmini əsasən şimal maralı, lemmin (ala siçanı), arktik tülkü, kəklik, yayda isə - çoxlu köçəri quşlar təşki edir.

 

Tundrada torpaq səthi: Tundra torpaqları münbit deyil. Burada nazik aktiv təbəqəyə malik donmuş torpaqlar geniş yayılmışdır.

 

Tundrada torpağın üst səthi təbiətinə görə qayalı, gilli, qumlu, torflu, təpəli və ya bataqlıq ola bilər.

 

Çox şaxtalı və qarlı qışdan sonra sərin yay yaşanan zaman əbədi don əriməyə başlayır. Bundan əlavə, don təbəqə yamaclara nisbətən düz zəmində daha incədir, burada əbədi don tamamilə yox ola bilər. Kola yarımadasında, Kanində və Şimal Buzlu Okeanın Çex Körfəzinin sahilləri boyunca Timan silsiləsinə qədər torflu-təpəli tundra üstünlük təşkil edir.