Mədəni irsimiz

Avesta

Avesta ən qədim dövr Azərbaycan ədəbiyyatından bizə ya digar qalan, tariximizdən, adət-ənənələrimizdən soraq verən möhtəşəm, çox dəyərli bir abidədir.

 

"Avesta" zərdüştlüyün müqəddəs kitablar külliyyatıdır. Bu tarixi eposda qədim azərbaycanlıların dini, əxlaqi, ictimai siyasi, fəlsəfi görüşləri epik və lirik şeirin rəngarəng nümunələri ilə bədii şəkildə əks etdirilmişdir. Mütəxəssislərin fikrincə "Avesta" Zərdüştün fərdi ya radıcılığının məhsuludur.

 

Əsər ilk dövrlərdə şifahi halda yayılmış, sonralar isə onu Zərdüştün katibi və kürəkəni Camasp ilkin olaraq yazıya köçürmüşdür. Digər tədqiqatçılar bildirirlər ki, "Avesta" ilk dəfə e.ə. Vl-V əsrlərdə, sonuncu dəfə isə Sasanilər sülaləsi dövründə qaydaya, sahmana salınaraq yazıya alınmışdır. Bu şəkildə epos 21 hissədən ibarət olmuş, hər hissəyə də ayrıca ad verilmişdir. Bildirilir ki, "Avesta" yazıya alınandan sonra Urmiya gölü yaxınlığındakı Gəzək (Şiz) şəhərində saxlanılmış, surəti Istəxrdə qorunmuş, digər nüsxələri isə ayrı-ayrı əyalətlərə göndərilmişdir. Makedoniyalı İsgəndərin hücumu dövründə əsərin bir nüsxəsi yandırılmış, bir nüsxəsi isə yunan dilinə tərcümə edilmişdir. IX əsrdə yazılmış “Arda Virafnamə" adlı əsərdə göstərilir ki, "Avesta" 12 min inək gönü üzərində, qızıl hərflərlə yazılmış və xəzinədə saxlanılmışdır.

 

VI əsrin əlyazması olan "Mansarın məktubu"nda qeyd edilib: "Bil ki, İsgəndər bizim "Din" kitabımızdan 12 min inək gönü yandırdı". Ərəb tarixçisi Əbu-Həsən Əli Məsudi "Mürric üz zəhəb" əsərində deyir ki, Makedoniyalı İsgəndər Istəxri tutandan sonra "Avesta"nın tibbi, fəlsəfi, astroloji hissələrini yunan dilinə tərcümə etdirib, özünü yandırtdı. Avestaşünasların böyük bir qismi Zərdüştün və zərdüştliyin vətəni kimi qədim Azərbaycanı, Urmiya gölü nün sahillərini qeyd edirlər. Bir sıra xalqların müştərək abidəsi olan "Avesta" - türk, İran, Orta Asiya və Azərbaycan xalqlarının tarixini, məişət və mədəniyyətini, dini etiqadlarını, folklorunu, ənənələrini öyrənməkdə mühüm mənbədir. "Avesta"da türk sözlərinin olması uzun müddət təsadüf kimi qələmə verilirdi. Son illərin araşdırmaları göstərir ki, eposdakı tarixi, coğrafi ünvanlar - Xəzər dənizi, Abşeron, Sumqayıt, Dərbənd, Bakı, Astara, Savalan dağı, Urmiya gölü, Təbriz, Naxçıvan, Bərdə, Şamaxı Azərbaycanla birbaşa bağlıdır. Alimlərin, ilk növbədə Baloğlan Şərifzadənin bu sa hədəki son tədqiqatları göstərir ki, "Avesta" İran-fars ədəbiyyatı nümunəsi deyil. "Avesta" heç bir şəriki olmadan Azərbaycan-türk ədəbiyyatının ən qədim nümunəsidir. Q.Kəndlinin, E.Əlibəyzadənin, Ə.Fərzəlinin tədqiqat ları, qənaətləri bu fikrin təsdiqinə xidmət edir. "Avesta"nın tədqiqatçılarından biri, iranlı Purdavud bu məsələ barədə yazır: "Bütün İran və ərəb müəllifləri Zərdüştü azərbaycanlı göstərmiş və xüsusən Urmiyanı onun doğum yeri bilmişlər".

 

Tədqiqatçılar Zaratuştranın - Zərdüştün təxminən e.ə. IX-VI əsrlər arasında yaşadığını və 77 il ömür sürdüyünü bildirirlər. Ərəb işğalları dövründə və sonralar "Avesta"nın xeyli hissəsi məhv olmuşdu. Dünyanın ədəbiyyatşünas alimləri ta qədim zaman lardan başlayaraq "Avesta"nın araşdırılmasına, tədqiq edilməsinə böyük maraq göstərmişlər. Fransız alimi Anketil dü Perron "Avesta"nın bizə gəlib çatmış hissələrini araşdırmış, öyrənmiş və ilk dəfə olaraq, 1771-ci ildə əsəri fransız dilində nəşr etdirmişdir. Beləliklə, "Avesta" Avropada tanınmağa başlamışdır. Eposun əlyazmalarının ən qədimi XIII əsrə, ən yaxşısı isə XIV əsrə aiddir. Görkəmli avestaşünas alim K.Geldner 1886-1895-ci illərdə yazdığı və Ştutqartda çap etdirdiyi əsərində bildirir ki, "Avesta" büsbütün əxlaq toplusudur. Bu toplu təxmi nən üç min il bundan əvvəl Azərbaycanın, Yaxın Şərqin həyatında baş vermiş böyük və vacib tarixi dəyişik liklərin, ictimai-siyasi hadisələrin əks-sədasıdır.

 

"Avesta"ya görə dünyada həm maddi, həm də xəyali olan hər şey xeyir və ya şər başlanğıca malik olmaqla iki qismə ayrılır - xeyirxah, bir də dağıdıcı. İnsan bu və ya digər mövqeyi seçməkdə sərbəstdir. "Avesta"nın araşdırılması ilə məşğul olan alimlərdən K.Geldner, F.Volfon, N.Livşits, B.Braginski, eyni zaman da Azərbaycan alimləri dəyərli əsərlər, monoqrafiyalar yazaraq müxtəlif dillərdə çap etdirmişlər. "Avesta" Azərbaycan xalqının tarixini, mədəniyyətini, dinini, folklorunu, ədəbiyyatını dərindən öyrənməkdə müstəsna əhəmiyyət kəsb edir.