Təbiət

Çaylar haqqında maraqlı faktlar

Çaylar- təbiətin formalaşması, həmçinin canlı aləmin inkişaf edib artmasında mühüm rol oynayır. Çay - qidadır, sudur, ticarətdir və ümumiyyətlə, sözün əsl mənasında “sivilizasiyanın inkişafı”dır.


Bu gün çaylar haqqında toplanmış maraqlı faktlar barəsində danışacağıq.


1. Dünyada ümumiyyətlə çayları olmayan 17 ölkə var.


2. Amazon üzərindən keçən “ilk körpü” yalnız 2010-cu ildə açılıb.


3. Amazonun altında təxminən 4 kilometr dərinlikdə yerləşən yeraltı çayın mövcudluğuna dair sübutlar var. Uzunluğu Amazon çayı qədərdir - 6000 kilometrdir, lakin bir neçə yüz dəfə daha genişdir. Bu çay Həmzə (Rio Həmzə) adlanır.


4. Dünyanın ən çirkli çayı – Tsitarum (Citarum) çayıdır. İndoneziyanın paytaxtı Cakarta şəhəri yaxınlığında yerləşir. Bütün çay hövzəsinin tədricən çirklənməsi - aqressiv insan fəaliyyətinin nəticəsidir. Avstraliyada da ən çirkli çay var və onun adı Kral çayıdır. Çirklənməsinə səbəb - əsasən kimya sənayesidir.


5. Hər il Taylandda Mekonq çayının səthindən səmaya alov topları yüksəlir. Bu toplar Naqa atəş topları kimi tanınır. Mütəxəssislərin fikrincə, buna səbəb – suyun dibində yığılan metan qazıdır.


6. ABŞ-ın ən qədim çayı əslində “Yeni Çay” adlanır. Bəzi alimlər hesab edirlər ki, bu, yaşı Afrika Nil çayının yaşından çox olan yeganə çaydır.


7. Təxminən altı ay gündə 10 saat ərzində Venesuelanın Katatumbo çayının mənsəbinə saatda yüzlərlə ildırım düşür. Bu “ildırım çaxması” yüz illərdir ki, hər il burada baş verir.


8. Villi Vonka filmindəki şokolad çayı əsl şokolad və sudan hazırlanmışdır.


9. Hər il, üç həftə ərzində hər gün, tam ay Amazonda böyük gəlgit dalğasına səbəb olur. Bu təbii fenomenə görə dünyanın ən uzun dalğaları yaranır. 


10. Keçmiş zamanlarda Monqollar dağıtmaq istədikləri şəhərin əhalisini məhv etmək üçün bütün çayların məcrasını dəyişirdilər.


11. Cənubi Koreyadakı İmjin çayı aşağı axınla apardığı çoxlu sayda Şimali Koreyalıların cəsədlərinə görə "Ölülər çayı" ləqəbini alıb.


12. Amerikanın Delaver çayında 26.000-dən çox məzar daşı var. Yerli qəbiristanlıq avtomobil dayanacağına çevrildikdə, məzar daşları Betsy Ross körpüsünün tikintisi üçün təməl kimi istifadə edilmişdir.


13. 1720-ci ildə Cənub Dəniz Şirkəti (South Sea Company) bağlandıqda Britaniya Parlamenti bankirləri ilanlarla dolu çuvallara qoyaraq sonra onları Temza çayına atmağı düşünürdü.


14. Amazonda 7 ən böyük çayın birləşməsindən daha çox su var.


15. ABŞ-ın Nyu Madrid əyalətində zəlzələlər o qədər güclü olmuşdur ki, Missisipi çayının məcrasını dəyişdirmişdir.


16. Ohayo ştatındakı Cuyahoga çayı həddindən artıq çirklənmiş çaydır. Artıq 13 dəfə öz-özünə alovlanmışdır!


17. Tarixin ən bahalı fotoşəkili Reyn çayının fotoşəkili olub - Rhein II adı ilə. O, hərracda 4 milyon dollardan çox qiymətə satılmışdır.


18. Almaniyada Elba çayı üzərində su körpüsü var. Bu, gəmilərin çayı keçməsinə imkan verir.


19. Manhettenin altından“Minetta” çayı kimi tanınan “kabus” çay axır. Əfsanəyə görə, zirzəmidəki bəzi binalar, çayın onların arasından sərbəst axmasın deyə, dəmir barmaqlıqlar qoyularaq tikilib.


20. Sloveniyalı Martin Strel Missisipi, Amazon, Dunay və Yantszı kimi çayların bütün axarı boyunca üzməyi bacarmışdır.


21. Dünyada “Don” adlı 6 çay var.


22. Nijni Novqorod vilayətindən axan Piana - dünyanın ən dolama çayı hesab olunur.


23. Huanhe çayı həm də “Sarı çay” adlanır, çünki o, dünyada mövcud olan bütün su hövzələri arasında ən palçıqlısıdır.


24. Dunay çayı - Avropanın ən uzun çayı fəxri adını daşıyır. Belə ki, Avropanın 10 dövlətinin ərazisindən keçir. 


25. Amazon çayının 500-dən çox qolu var.