Bədii filmlər

“Zoluşka üçün üç qoz” bədii filmi

“Zoluşka üçün üç qoz” -  keçən əsrin 70-ci illərdə nağıl janrında çəkilmiş populyar bədii filmdir.  Film Qrimm qardaşlarının “Zoluşka” nağılının əsasında çəkilib. Lakin Şarl Perronun eyniadlı nağılından fərqli olaraq, Qrimm qardaşlarının nağılında Zoluşka pərinin köməyi ilə yox, sehrli qozların köməyi ilə xoşbəxtliyə nail olur. Sehirli qozlar dəcəl qız Zoluşkanı şahzadənin nişanlısına çevirirlər.