Nağıllar, hekayələr

Musiqinin gücü

Səhər yuxudan oyanan Vanessa məktəbə hazırlaşmalı idi. Həmişə səhərləri xoş əhvalda oyanardı, amma bu gün o, həyəcan keçirirdi. Çünki bu gün imtahan olmalıdı: 
 
- Görəsən, imtahan necə keçəcək… 
 
Birdən pəncərədən gələn quşların səsi onun diqqətini çəkdi. Bir musiqi eşidirmiş kimi Vanessa civildəyən quşları müşayiət etmək istəyirdi. Ona görə də ayağa qalxıb hazırlaşdı. O, məktəbə gedərkən bir tərəfdən quşları müşayiət edir, digər tərəfdən də riyaziyyat imtahanı haqqında düşünürdü:
 
- İmtahanda çətin suallar düşsə nə edəcəm... 
 
Vanessa məktəbə gəldi. Sinifdə həmişəki kimi çox səs-küy var idi. Vanessa parta arxasında əyləşdi və qulaqlıqlarını taxaraq telefonunda musiqi dinləməyə başladı. Dinlədiyi musiqi onu sakitləşdirir və həyəcanını azaldırdı. Sonuncu dərs riyaziyyat idi. Zəng vuruldu, tənəffüs bitdi və hər kəs sinfə daxil oldu. İmtahan başladı.
 
Həmişə səs-küylü olan sinif otağında sükut hökm sürürdü. Vanessa imtahan suallarını bir-bir oxudu, amma o qədər həyacanlı idi ki, sanki heç hazırlaşmamışdı. Birdən çöldəki quşların səsini və tənəffüs zamanı dinlədiyi musiqini xatırladı. O, mahnını ürəyində oxuyaraq imtahanı bitirdi. Vanessa artıq heç həyəcanlanmırdı, əksinə, çox sakit idi.
 
Ertəsi gün məktəbə gələndə imtahan nəticələri açıqlandı. Müəllim imtahan cavablarını oxuyurdu və növbə Vanessanın imtahan vərəqinə çatdı:
 
- Vanessa, 95!
 
-Həqiqətən?Çox sağ olun müəllim! - Vanessa dedi
 
Müəllimi cavab verdi:
 
-Bu sənin uğurundur, Vanessa.Mənə təşəkkür etmək lazım deyil.
 
Vanessa öz-özünə dedi:
 
-Haqlısınız, əslində musiqiyə təşəkkür etməliyəm. Çünki imtahan vaxtı həyacanımı azaltmağa kömək etdi.
 
O gündən etibarən Vanessa özünü həyəcanlı, yorğun və  pis hiss edəndə musiqiyə qulaq asır və deyirdi:
 
- Musiqinin gücü budur!
 
 
Fidan Şükürlü
Xətai rayon 138 nömrəli məktəbin 5B sinif şagirdi