Nağıllar, hekayələr

Etibarlı dost

Əvəzin Toplan adlı ağıllı bir iti vardı. Onlar möhkəm dost olmuşdular. Hətta məktəbə gedəndə Toplan onun çantasını aparırdı.

 

Dərs ilinin ilk günü idi. Əvəz çantasını götürüb həyətə düşdü. Toplan da yanında idi. Qonşuluqda yaşayan qoca nənə Əvəzdən soruşdu:

 

- Oğlum, neçənci sinifdə oxuyursan?


Əvəz çaşıb qaldı. O heç hansı sinifdə oxuyacağını da bilmirdi. Bu zaman Toplan təsadüfən üç dəfə hürdü.

 

Əvəz sevincək dilləndi:

 

- Nənə, mən bu il üçüncü sinifdə oxuyacağam.

 

Sonra isə Toplanın başını tumarladı.