Şeirlər

Təzə kürk

Anasının aldığı
Kürkü geyib əyninə,
Çıxıb həyətlərinə
Nərmin oynayır yenə.

 

Bu vaxt qonşunun qızı
Pərvin yanaşır ona.
Görür bu kürk doğrudan
Yaman yaraşır ona.

 

Paxıllıq edib deyir:
- Geyinmə bu kürkü sən.
- Niyə?
- Qıraqdan baxan
Elə bilər tülküsən.