Mina Rəşid. Yeganə müəllimə
Müəlliməmin adı
Çox gözəldi - Yeganə!
O mənim ürəyimdə
Bir dənədir, bir dənə.
Mən yaxşı oxuyuram
Müəlliməm sevinir.
Gündəliyə “5” yazır,
Mənə “Afərin”- deyir.
Gül çəkirəm mən ona,
Düzəldirəm ev, gəmi.
- Yeganə müəllimə,
Çox sevirəm mən səni!