Görkəmli şəxsiyyətlər

Qədim yunan alimi Pifey

Yunan coğrafiyaşünası, astronomu və riyaziyyatçısı Massaliyalı (müasir Marsel şəhəri) Pifey e.ə. IV əsrin ikinci yarısında yaşamışdır. Onun həyatı haqqında az məlumat var. 


Pifey şimal-qərbi Avropa ölkələrini kəşf edən və onların sakinlərini görən ilk şəxs olub.  E.ə. 330-320-ci illər arasında Pifey Şimali Avropa sahilləri boyunca səyahət etmiş səyyahlardan biridir. Onun Bretan  yarımadasını (Fransanın şimal-qərbində), İrlandiya və Böyük Britaniya adalarını, İrlandiya və Şimal dənizlərini, Zelandiya adasını və qismən də Skandinaviya yarımadasını kəşf etdiyi güman edilir. 


Pifey 60 dərəcə şimal enliyindən yuxarı qalxmış və adı bizə məlum olan yeganə qədim səyyahdır. Şotlandiyadan və ya Orkney adalarından Tule adasına səfər edən Pifey qütb gecəsini və əbədi buzları təsvir etmiş ilk yunan alimidir. Pifey 64 şimal enliyi yaxınlığında yerləşən Fula (Tule) adası haqqında yazaraq qeyd edirdi ki, burada yay gecələri iki saat davam edir. Elm adamları əsrlərdir Pifeyin təsvir etdiyi buz ölkəsi Tula haqqında mübahisə edir, onun Qrenlandiya, İslandiyadan Farer adalarına kimi uzanan necə bir ölkə olduğuna dair müxtəlif versiyalar irəli sürürlər. Şotlandiyadan və ya Orkney adalarından Tule adasına səfər edən Pifey qütb gününü və əbədi buzları təsvir etmiş ilk yunandır. Pifey 64 şimal enliyi yaxınlığında yerləşən Fula (Tule) adası haqqında yazaraq qeyd edirdi ki, yay gecələri iki saat davam edir. Bu ada ilə bağlı mübahisələr əsrlərlə davam etmişdir.  Polibi öz “Tarix” əsərində adanın mövcudluğunu şübə altına qoyaraq Pifeyi insanları çaşdırmaqda ittiham etmişdir.


Strabon isə Eratosfenin hesablamaları haqqında danışarkən qeyd edir ki, Pifeyin sözlərinə görə Tule adası Britaniyadan şimalda 6 günlük üzmə məsafəsində donmuş dənizin yanında yerləşir. Strabonun fikrincə, Pifey yalan danışır, çünki Britaniya və İerniya adaları tərəflərdə üzənlər Britaniyadan kiçik olan bir çox adalar haqqında danışsalar da, Tule barədə heç nə demirlər. Strabonun fikrincə, İerniya (müasir İrlandiya) adası dünyanın insan yaşayan ən şimal nöqtəsidir. Orta əsrlərdə Tule adasını İslandiya, Farer adaları, Şetland adaları, Orkney adaları və Hebrid adaları ilə eyniləşdirir və hətta Britaniyanın, Skandinaviyanın və Yutlandiyanın bir hissəsi sayırdılar. Skandinav mənbələrində İslandiya ilə eyniləşdirmə çox populyar olsa da, bəzi xəritələrdə, məsələn, XI əsrə aid ingilis-sakson xəritələrində, həm İsland, həm də Tylen qeyd edilmişlər. Hereford xəritəsi (təxm. 1290-cı il) həm Tuleni, həm də İslandiyanı Skandinaviyanın üzərində yerləşdirir. R.Henniq güman edir ki, Tule adasından Şotlandiyaya qayıdan Pifey oradan Kəhrəba adasına səyahət etmişdir. Bu adanın adı bizə bir neçə variantda gəlib çatmışdır: Abalus, Abalsiya, Baziliya, Baunoniya, Qlesariya və s. Hal-hazırda, hansı adanın Kəhrəba adası ola bilməsi barədə dəqiq fikir yoxdur. Bəzi gümanlara görə, bu Şimal dənizində yerləşən Şimali Friz adalarından biri ola bilərdi. Digər versiyaya görə isə, bu ada artıq mövcud deyil. Pifeyin adını çəkdiyi kəhrəba çayı Eridan isə Elba çayı ilə eyniləşdirilir, çünki regionda körfəzşəkilli enli mənsəb yaradan digər çay mövcud deyildir.


Qütb gününün və qütb gecəsinin təsvirlərini əsas götürən norveçli səyyah Frityof Nansen isə hesab edir ki, Pifey 64-cü paralel boyu üzmüşdür və çox güman ki, müasir Tronheyms-fiord (Qərbi Norveç) rayonunda olmuşdur.


Pifey öz səyahətini “Okean haqqında” kitabında təsvir etmişdir. Bu kitab dövrümüzədək gəlib çatmasa da, Strabon, Ptolomey, Siciliyalı Diodor, Böyük Plini, Tasit və başqa qədim müəlliflər ona istinad etmişlər. Ümumiyyətlə, güman edilir ki, bütün Sezaraqədərki qədim müəlliflərin Britaniya, Şimal dənizi və Almaniyanın şimal hissəsinə dair bilgiləri Pifeyin kitabından götürülmüşdür.


Pifeyin Qalay adasına (Britaniya) səfər etməsinin əsas səbəbi, çox güman ki, Massiliyanın qalay ticarətində çox vacib yerə malik Britaniyanın ada yoxsa materikin bir hissəsi olmasını aydınlaşdırmaq olmuşdur. Siciliyalı Diodor yazırdı ki, qədimdə heç kim bu adada olmamışdı.


Pifey 40 gün ərzində ada ətrafında üzmüşdür. Bu məlumat əsasında qədim müəlliflər hesablamışdılar ki, adanın sahil xətlərinin uzunluğu 40 min stadi (7,4 min km) edir, çünki bir sutka ərzində min stadi üzmək olur. Bu məlumat da qədim müəlliflərin tənqidinə məruz qalırdı, lakin onlar bilmirdilər ki, tanış olmayan və təhlükəli dənizlərdə üzmə sürəti daha kiçik ola bilər və beləliklə, onlar özləri də bunu bilmədən Britaniyanın sahil xətlərinin uzunluğunu iki dəfəyədək artırmışdılar.


Hesab edilir ki, Britaniya, İerna (İrlandiya) və Albion sözlərini də ilk dəfə Pifey işlətmişdir.


Pifeyin səyahəti haqqında bizim dövrümüzə gəlib çatmış yeganə original çıxarış e.ə I əsrdə yaşamış yunan astronomu Heminin əsərində verilmişdir.


Bundan əlavə, Pifey alman tayfalarını, keltləri və saamiləri (Pifey onları “Fenniyami” adlandırırdı) diqqətlə təsvir etmiş və onlara adlar vermişdir. Məhz Pifey sayəsində “Böyük Britaniya” adı o vaxtdan bəri adaya tətbiq olunmağa başladı. 


Riyazi tədqiqatlar sahəsində Pifey, ekliptikanın müstəvisinin göy ekvatorunun müstəvisinə meylini hesablamışdır.