Nağıllar, hekayələr

Elçin Əfəndiyev. Düzdə

Maşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ.


Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi...


Lalələr DÜZÜM-DÜZÜM DÜZÜLÜB DÜZDƏ.


Ay gözəl DÜZÜM, qoy səndən lalələr üzüm, aparıb güldanlara DÜZÜM, sonra da güldanları şüşəbəndimizə DÜZÜM.


– DÜZ deyirəm, nənə?


– DÜZ dedin, Aysu!


– Axı, nənə, sən deyirsən mən də DÜZƏM, dümDÜZƏM, DÜZDÜ, nənə, hə?


– Hə, Aysu, DÜZÜ belə də! Sən DÜZ qızsan! Lap düm-bəDÜZ qızsan!


– Bax, nənə, ode, uzaqda o ağac da DÜZ durub, DÜZDÜ?


– DÜZDÜ, Aysu, bu da DÜZDÜ!


DÜZDƏ gəzdik, gəzdik, yorulduq. Sonra da DÜZDƏN DÜZƏLDIK yola, gəldik evə.


Oy, nə qədər lalə yığmışam DÜZDƏN!.. Çox sağ ol, gözəl DÜZÜM! İndi gedim, lalələri güldanlara DÜZÜM...