Kruger Milli Parkı
Cənubi Afrikanın şimal-şərqində yerləşən, toxunulmamış təbiət mənzərələri və heyvanlar aləmi ilə kər kəsi valeh edən, çöx gözəl və böyük milli parkdır. Pilanesberg və Masa Dağı ilə yanaşı Kruger Milli Parkı Cənubi Afrikada ən çox ziyarət edilən məkandır. Hər il minlərlə turist vəhşi heyvanları yaxından görmək, toxunulmamış mənzərəli təbiəti seyr etmək üçün bu qoruğa axın edirlər.
Afrikanın şimal-şərq hissəsində, Mpumalanqa və Limpopo əyalətlərində yerləşən Kruger Parkı demək olar ki, on doqquz min kvadrat kilometr ərazini əhatə edir və şimaldan cənuba 350 km və şərqdən qərbə isə 60 km uzanır.
Kruger Milli Parkı Zimbabvedəki Qonarezhou Milli Parkı və Mozambikdəki Limpopo Milli Parkı ilə birlikdə “Sülh park”larından biri olan Böyük Limpopo Transsərhəd Beynəlxalq Parkının bir hissəsidir. Bu o deməkdir ki, bu parkın ərazisində dövlətlər arasında qorunan sərhəd yoxdur, heyvanların sərbəst hərəkətinə heç nə mane olmur. Hazırda formalaşma mərhələsində olan Böyük Limpopo Transsərhəd Parkının ümumi sahəsinin təxminən yüz min kvadrat kilometr olacağı planlaşdırılır.
1895-ci ildə Kruger Milli Parkı adlandırılacaq təbiət qoruğunun yaradılması təklifi Transvaal Bur Respublikasının hökumətinə təqdim edildi. 1898-ci ildə müsbət qərar qəbul edildi və Transvaalın prezidenti Pol Kruger (qoruq daha sonra məhz onun şərəfinə adlandırıldı), yeni bir Sabie Oyun Qoruğu qoruğun yaradıldığını elan etdi.
Park əvvəlcə ovçuluğa nəzarət etmək və heyvanları nəsli kəsilməkdən qorumaq məqsədi üçün yaradılmışdır. Qoruğun ilk gözətçisi 1902-ci ildə 1946-cı ilə qədər qoruğun rəhbəri olmuş, onun inkişafı üçün çox işlər görmüş və Kruger Milli Parkının atası hesab edilən Ceyms Stivenson Hamilton olmuşdur. 1926-cı ildə Sabie Oyun Qoruğu, ona bitişik Şinqvedzi Qoruğu və bir sıra təsərrüfat sahələri Kruger Milli Parkına birləşdirildi. Yeni park 1927-ci ildə ziyarətçilərin istifadəsinə verilib.
Kruger Milli Parkı ərazisində iqlim subtropikdir. Yay rütubətli və isti keçir, temperatur 38 ° C-ə çatır. Quru qış mövsümü parkı ziyarət etmək üçün ideal vaxtdır. Belə ki, hava daha mülayimdir, temperatur adətən 25 ° C-dən çox olmur; heyvanlara baxmaq daha rahatdır, çünki bitki örtüyü yayda olduğu kimi o qədər də gur deyil. Bundan əlavə, heyvanlar hər səhər və hər axşam su içmək üçün gölməçələrə gəlirlər və onları daha yaxından izləmək mümkün olur.
Kruger Milli Parkının ərazisində həm çöl, həm də çay dərələri, dağətəyi və savannalar üçün xarakterik olan 2000 yaxın bitki növü bitir.
Burada 500 yaxın quş, 100 çox sürünən növünü (o cümlədən 3000 yaxın timsah) görə bilmək mümkündür, lakin, əlbəttə ki, Kruger Milli Parkındakı ən maraqlı eksponatı “heyvanlardır”. Kruger Milli Parkı hər hansı digər Afrika qoruğundan daha çox məməli heyvanın evidir. Burada təxminən 150 növ heyvan yaşayır. Təbii ki, bura təhlükəli “Böyük Beşlik” heyvanları olan – aslanlar, fillər, kərgədanlar, camışlar və bəbirlərin evidir.
1989-cu ildə Kruger Parkında fillərin ovlanmasına qadağa qoyuldu, nəticədə 2004-cü ilə qədər bu heyvanların sayı demək olar ki, 12000 fərdə çatdı.
İndi Kruger Milli Parkında 27000-ə yaxın Afrika camışı, 350 qara və 10000 ağ kərgədan, 5000 çox zürafə, 18000 yaxın zebra, 3000 begemot, 5000 yaxın çita yaşayır. 15000 aslan, 1000 bəbir, 100000 yaxın müxtəlif antilop və bir çox başqa heyvan yaşayır.
16.12.2023