Nağıllar, hekayələr

Lavrençenko Yuliya. Zərərli mikrob haqqında nağıl

Qədim zamanlardan insan orqanizmində çox sayda müxtəlif mikroblar yaşayır. Onların bəziləri zərərli, bəziləri isə zərərsizdir.

 

Lakin zərərli mikroblar insan immunitetinin onlardan daha güclü olması ilə barışa bilmirlər!


Bir gün Liliya adlı balaca bir qızcığaz əllərini yaxşı yumadı nəticədə, onun bədəninə çox zərərli bir mikrob daxil oldu. Xeyirxah və faydalı mikroblar ondan qorxaraq evlərində gizləndilər.


- Belə daha yaxşıdır, indi buranın ağası mənəm! - deyə zərərli mikrob qışqırıb gülməyə başladı.


- Çox özünə güvənmə. Hazırlaş, indi immunitet səni məğlub edəcək! – aralarından bir qoçaq dedi.


- Ha-ha, yaxşı, sizin öyündüyünüz bu immunitet hardadır? – zərərli mikrob təəccüblənərək soruşdu.


Heç kim ona cavab vermədi. Bütün mikroblar başa düşdülər ki, əgər zərərverici burdadırsa, deməli Liliyanın immuniteti hələ onunla mübarizə aparmağa başlamamışdır ...


Birdən körpə özünü pis hiss etməyə başladı: qızdırması qalxdı, iştahı kəsildi – immunitet artıq iş başında idi. O, zərərverici mikrob ilə mübarizəyə başlamışdı.


Qızcığaz yatmaq və dincəlmək üçün uzandı, çünki yuxu zamanı immunitet sisteminin aktiv şəkildə işlədiyini, bədənin daha sürətli bərpa olunduğunu və güc qazandığını bilirdi.


Liliya yatanda anasından ona kompot gətirməsini xahiş etdi. Xəstəlik zamanı maye bədəni susuzlaşdırmadan xilas edir və ondan zərərli maddələri çıxarır. Bundan sonra o, özünü daha yaxşı hiss edib, sevimli oyunlarını oynamaq üçün yataqdan qalxdı.


Liliyanın orqanizmində yaranan gümrahlıq hissi və müsbət emosiyalar öz xeyirxah əməllərini yerinə yetirdilər: Liliyanın immunitetinə, zərərli mikrobun yaratdığı xəstəliyi mümkün qədər tez və daha aktiv şəkildə uzaqlaşdırmağa, kömək etdilər. Qız özünü daha da yaxşı hiss edəndə o qədər sevindi ki, otaq boyu tullanmağa başladı.


Mən sağlamam, mən sağlamam, şən və gümraham! – deyib o, rəqs etdi.


Bu vaxt, zərərli mikrob Liliyanın bədənindən tamamilə yox olana qədər, özünü getdikcə pis hiss etməyə başladı. 


Lili artıq başa düşdü ki, nəhayət o, sağalıbdır.


O vaxtdan Liliya, həmişə əllərini sabunla yaxşı yumağa və yalnız təmiz əllərlə yemək qəbul etməyə, qərar verdi. Axı, sağlam olmaq çox yaxşı və sevinclidir!