Dastanlar

Abbas və Gülgəz

Məhəbbət dastanıdır. Aşıq Abbas Tufarqanlının şeirləri əsasında yaradılmışdır. Bu dastanın yaradıcıları Abbasın həyatı ilə əlaqədar hadisələri əsas götürərək, zəmanənin bir sıra vacib, zəruri məsələlərini dastanın əsas mövzusuna daxil etmişlər. Dastanda əsərin qəhrəmanı aşıq Abbasla şah Abbas arasındakı mübarizə, münasibətlərin kəskinliyi təsvir olunmuşdur.

 

Dastanın yaradıcıları aşıq Abbas simasında xalqın istək və arzusunu müdafiə edən istedadlı sənətkar surəti yaratmışlar. Dastanda aşıq Abbasın və Gülgəzin ülvi məhəbbətindən bəhs edilir. Gülgəz zorla şah sarayına aparılır. Aşıq Abbas baş verənlərlə barışmayaraq, müxtəlif maneələrdən keçir, sevgisinə qovuşur. Dolğun məhəbbət, sevgi surətləri, gərgin hadisələr "Abbas və Gülgəz"i məhəbbət dastanı səviyyəsinə qaldırmışdır. Müxtəlif aşıqların ifa etdikləri bu dastanın hazırda bir neçə variantı mövcuddur.

 

"Abbas və Gülgəz" dastanı haqqında ətraflı məlumat 1961-ci ildə çap olunmuş "Azərbaycan xalq dastanları" kitabında və mətbuatda dərc edilmiş məqalələrdə verilmişdir.