Şeirlər

Səməd Vurğun. Sənət

Düyünlü dağları kökündən vuran
Əmək cəbhəsində “amansız” duran,
Əqrəbli çöllərdə bağ-bostan quran,
Zəhməti güldürən sənət olacaq.

 

Azəri yurdunun zəhmətkeş oğlu,
Ürəyi sevinclə, ümidlə dolu,
Çəlikdən duruşu, dəmirdən qolu,
Zəhməti güldürən sənət olacaq.

 

Ey göylər suları, sən boşalma, dol!
Tutduğun çiçəkli, reyhanlı bu yol,
Hər qəlbə sevinclər vəd edər bol-bol,
Zəhməti güldürən sənət olacaq!