Bu maraqlıdır!

Şoze arxipelaqı

Şoze arxipelaqı, Fransa sahillərindən 17 kilometr aralıda, Manş boğazında yerləşən unikal adalar qrupudur. Coğrafi olaraq Norman adalarına, inzibati cəhətdən isə Qranvil kommunasın aitdir. Yüksək gəlgit zamanı, yəni dəniz suyunun qabarması nəticəsində 52 ada, çəkilməsi zamanı isə, əvvəllər su altında gizlənmiş bir çox adalar üzə çıxır və onların sayı 365-ə çatır. Bir neçə balıqçı ailəsinin yaşadığı Böyük Ada (Grand İle) istisna olmaqla, digər adalarda yaşayış yoxdur.

 

Şoze arxipelaqı əlçatmazlığı və mağaralarla zəngin çətin relyefinə görə macəra axtaranların marağına səbəb olur. Hər il yüzlərlə turist buranı ziyarət edir.

 

Burada, həmçinin, Avropanın ən marağa səbəb olan gelgitlərindən biri baş verir - dalğaların hündürlüyü 14 metrə çatır.

 

Ada kövrək bir mühitə malikdir, quşların yuva salma mövsümündə (aprel-iyul ayları) adalara gəmilərin gəlməsinə məhdudiyyətlər qoyulur.

 

1499-cu ilə qədər adalar ingilislərin tabeliyində idilər, sonradan (ən azı 1764-cü ilə qədər) Fransızların tabeliyinə keçdilər. XVI-cı əsrdə fransız varlığını möhkəmləndirmək üçün, marşal Matinyon III Napoleonun əmri ilə 1859-66-cı illərdə, Qrand-İl adasında qala ucaltdı.

 

Şoze arxipelaqı əlçatmazlığı və mürəkkəb relyefi, mağaralarla zəngin olması səbəbindən qaçaqmalçıların həmişə marağına səbəb olub. 1906-cı ildə qarnizon ləğv edildikdən sonra qala dağılmağa başladı; Birinci Dünya Müharibəsi zamanı orada alman əsirləri saxlanılırdı. Daha sonra qədim qalanı sənayeçi Lui Renault adlı şəxs alıb bərpa etdi. Hazırda qala onun şərəfinə “Chateau Renault” adlanır.