Şeirlər

Ələmdar Quluzadə. Soyuqdəymənin suyu

İtburnu il uzunu
Yağışa, qara dözür.
Qırmızı düymələri
Budaqlarına düzür.

 

Nə kolları suvarır,
Nə bir kol yemləyirlər,
Mənə soyuq dəyəndə
İtburnu dəmləyirlər. 

 

İtburnunun istisi
Qızdırır kürəyimi.
Soyuqdəymənin suyu
İsladır köynəyimi.