Bu maraqlıdır!

Braziliyanın “Jau” Milli Parkı

Jau Milli Parkı (Jaú National Park), 1980-ci ildə Amazon çayı hövzəsindəki ekvatorial yağış meşələrini qorumaq məqsədilə yaradılmış Braziliyanın, daha doğrusu Cənubi Amerikanın ən böyük təbii meşə qoruğudur. Qoruq 23,779 km² ərazini əhatə edir. 2000-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Üç il sonra Jau qoruğu və digər qorunan torpaqlar nəhəng təbiət mühafizə zonası “Mərkəzi Amazoniya Qoruğu Kompleksi”nə birləşdirildi.

 

Jau Milli Parkı, Amazonun bir neçə ekosisteminin ərazilərini əhatə edir: aylarla su altında qalan alçaq daşqın düzənləriklər, vaxtaşırı su altında qalan yüksək daşqın düzənliklər və heç vaxt su basmayan ərazilər. Məhz bu relyef morfologiyası flora və faunanın xarakterini müəyyən edir. Faunanın müxtəlifliyinə "qara çaylar" da təsir göstərir. Onlar həmişəkindən daha dərindirlər və içindəki su çürüyən bitkilərin qalıqları (torf) səbəbindən tünd rəngdədir.

 

Jao ərazisi, bu unikal gözəl torpaqları tərk etmək istəməyən hind tayfalarının şiddətli döyüşlərinin şahidi olmuşdur. Qayaüstü rəsmlər, eləcə də müxtəlif dövrlərə aid arxeoloji tapıntılar bölgənin tarixi haqqında qiymətli məlumatlar verir. Jau Milli Parkı Braziliyanın turizm incisi hesab olunur.

 

Turistlər qoruğa iyuldan sentyabr ayına qədər davam edən quraqlıq mövsümündə gəlirlər. Burada yollar yoxdur, buna görə də yalnız çaylar boyunca qorunan ərazi ilə hərəkət etmək mümkündür. Səyahətçilərə yerli bələdçilərsiz səyahətə çıxmaq tövsiyə edilmir, çünki kanallarda azmaq asandır.

 

Jau Milli Parkı fərqli flora və faunaya malik unikal ekosistemə sahibdir. Burada bitən bitkilərin çoxuna ancaq burada, milli parkın müəyyən yerlərində rast gəlmək olar. Ümumiyyətlə, Jau Milli Parkını mübahizəsiz cənnət adlandırmaq olar. Park, ziyarətçilərə misilsiz gözəllikdə görünən, şəlalələrlə zəngindir.


Parkının florası


Qoruğun florası son dərəcə zəngindir. Ekvator meşələri beş hissədən ibarətdir, onlardan üçünü ağaclar, yəni cəngəlliklər təşkil edir. Braziliya cəngəlliyinin hər hektarında 200-ə qədər yüksək bitki növü var. Ən hündür ağac ekzotik palmalar sayılan – Pirihuao, Fil və ya Jubaea, irriatreya və pashiubadır. Meşənin yuxarı hissəsində qırmızı gövdəli ağaclar – Mahoqoni, Kauçuk ağac, Braziliya heveyası və şirin şirəsi olan süd ağacları bitir. Jau Milli Parkının meşələrində çoxlu Ayıdöşəyi, Kakao ağacları, Bromeliyakimilər, Lianalar və Səhləb çiçəyi var.

 

Heyvanlarlar aləmi

 

Təbii qoruqda 120 növ məməli və 470 növ quş yaşayır ki, bu da Amazonun mərkəzi hissəsində yaşayan bütün heyvan növlərinin 2/3-ni təşkil edir. Nəsli kəsilməkdə olan növlərə - lamantinlər, çəhrayı çay delfinləri, braziliyalı su samurları, yaquarlar, pumalar, kol itləri, nəhəng armadillolar, yunlu meymunlar, kiçik tülkülər və oselot pişikləri daxildir.

 

Çaylarda 10 növ tısbağa və bir neçə növ kayman yaşayır.

 

Jau Milli Parkı ilə səyahət edən turistlər ekzotik quşları - Cənubi Amerika harpiyalarını, rəngarəng Amazon tutuquşularını və ağ saqqallı arakuraları görə bilərlər.

 

Burada, planetin ən böyük və zəhərsiz ilanı hesab edilən - Anakondaya, həmçinin qitənin ən böyük və zəhərli ilanı sayılan (uzunluğu 4 metrə qədər böyüyür) - Cənubi Amerika buşmeyster və ya Surukuku ilanına da rast gəlinir.