Nağıllar, hekayələr

Əllər nə üçün lazımdır?

Tərlan babası ilə çox yaxın dost idi. Bir çətinliyi olanda babası ilə məsləhətləşərdi. Bir dəfə baba Tərlandan soruşdu:

 

- Oğlum, əllər nə üçün lazımdır?

 

- Topla oynamaq üçün.

 

- Sonra nə üçün lazımdır?

 

- Qaşığı tutmaq üçün.

 

- Sonra?


- Məstan pişiyi tumarlamaq üçün.

 

- Sonra?

 

- Çaya daş atmaq üçün.

 

Tərlan doğru cavab verdi, amma o, demədi ki, əllər insana daha çox nə üçün lazımdır.