Şeirlər

Əyyub Türkay. Xəzərin sahilində

Yayda dincəlirəm mən,
Xəzərin sahilində.
Günü yanımda keçir,
Qardaşım Kamilin də.

 

Hərdən böyük dalğalar,
Qorxu yaşadır bizə.
Qardaşım üzə bilmir,
Öyrəşməyib dənizə.

 

Üz-gözünü turşudur,
Su dilinə dəyəndə.
Qorxusu yox söyləyir,
Üzəcəyəm sayəndə.