Təbiət

Avstraliyanın ən böyük gölü və ən alçaq nöqtəsi - Eyr gölü

Cənubi Avstraliyada yerləşən Eyr gölü planetin ən qədim gölü hesab olunur. Avstraliyanın ən böyük axarsız şoran gölü, həmçinin dəniz səviyyəsindən 16 metr aşağıda yerləşən ən alçaq nöqtəsidir. Mərkəzi-Cənubi Avstraliya səhralarının ortasında yerləşən göl, buxarlanma nəticəsində ən çox su itkisi olan qapalı su hövzəsidir.

 

Sahəsi 9500 kv. km-dir, bu da onu Avstraliyanın ən böyük gölü edir. Eyr gölünün yerləşdiyi bölgə ölkənin ən quraq bölgəsi hesab edildiyindən, göl il boyunca quruyaraq şoranlığa çevrilir. Yalnız yayda, ona çaylar töküldüyü vaxt su ilə dolur. Bu dövrdə sahəsi təqribən 15000 km²-ə çatır. Göl çox "şıltaqdır", daimi ölçüsü və dərinliyi yoxdur. Suyun dərinliyi yağışlı mövsümdə yağıntının miqdarından asılıdır. Quru mövsümdə kristalları günəşdə parıldayan çəhrayı duz qabığı ilə örtülür.

 

Gölün ərazisi iki hissədən ibarətdir - daha Böyük Şimal (Eyr Norz) və Kiçik Cənub (Eyr Sauz). İlin çox hissəsi bu çokəkliklər 4 metr qalınlığında duz təbəqəsi ilə örtülür. Yağışlı mövsümdə Kvinslendin şimal-şərqindən su quruyan çaylar boyunca bu çökəkliklərə axır. Çox nadir hallarda, təxminən əsrdə bir dəfə onlar tamamilə su ilə dolur. Amma o zaman da gölün səviyyəsi dəniz səviyyəsindən 9 metr aşağıda olur. Diamantina əsas qidalandırıcı çay hesab olunur, lakin o, sularını hər il deyil, yalnız yağışlı mövsümdə gətirir. Tamamilə su ilə dolu olan Eyr gölü unikal bir hadisə hesab olunur, çünki bu, təxminən 80 ildə bir dəfə baş verir. Bu dövrdə o, bütün digərlər gölləri üstələyir və Avstraliyada ən böyüyü hesab olunur.

 

Musson yağışları kifayət qədər güclü yağarsa, qışda gölün təxminən yarısı su ilə dolur. Bu baş verdikdə səhra vahəyə çevrilir: gölün sahilləri bitkilərlə örtülür, üzərində quşlar uçur, sularında qurbağalar və rəngarəng yosunlar, balıqlar belə peyda olur. Sonra göl quruyur və hər şey yenidən təkrarlanır.

 

Quraq iqlim, flora və faunanın müxtəlifliyinin olmaması - bütün bunlar yaşayış məntəqələrinin formalaşmasına imkan verməyib, yalnız gölün yaxınlığında yalnız yerli Arabana xalqı yaşayır. Amma gölün adını onlar verməyiblər. 1840-cı ildə gölü kəşf etmiş ingilis səyyah və tədqiqatçı Edvard Con Eyrin şərəfinə adlandırılıb.