Musiqi

"Mişar" uşaq mahnısı

Lazım olan şeyləri
Arif yığdı yanına,
Evcik tikmək istədi
Balaca Toplanına.

 

Ay mişar, tələs, mişar,
Taxtanı tez kəs, mişar.

 

Neçə yol ölçdü-biçdi,
Yorulmadan çalışdı.
Öz sevimli işinə
Başı yaman qarışdı.

 

Ay mişar, tələs, mişar,
Taxtanı tez kəs, mişar.

 

Ətrafda nə vardısa
Görünmədi gözünə.
Evcikdən çıxmaq üçün
Yer qoymadı özünə.

 

Ay mişar, tələs, mişar,
Taxtanı tez kəs, mişar.