Xanımana Əlibəyli. Nahar
Ət atdılar pişiyə,
Toplan da gəldi iyə.
Xırt-xırt salan siçandır...
Qaranquş yeyir cücü,
Çox olsun onun gücü.
Uğur südlüaş yeyir,
Tələsmir yavaş yeyir.
O, indi şəkər qatar,
Yağ da salar aşına.
Böyüyər, əli çatar,
Düz çinarın başına.
19.09.2022