Şeirlər

Nazim Yaquboğlu. Müəllim

” Müəllim ” ! “Nə gözəl səslənir bu söz!”
Bu söz başdan – başa hikmətdi , hikmət!
Dünyada ən nəcib , ən müqəddəs borc,
Müəllimə hörmətdir , müəllimə hörmət.


Bağbandır , bağçası bar verir hər an,
Daim fəxr eləyir öz əməyiylə.
Gecəni , gündüzü dinclik bilməyib,
Xalqa xidmət edir öz biliyiylə.


Sonsuza çatsa da çəki vahidi,
Müəllimin əməyi çəkiyə gəlməz.
Müəllimin əməyin itirən kəslər
Heç zaman zirvəyə yüksələ bilməz.


Onun ziyasından nur alır Günəş,
Acizəm şəninə söz deməyə mən.
Atadır , anadır əsl müəllim,
Hazıram önündə baş əyməyə mən.