Şeirlər

Şəhla Fərhadqızı. Şahinin xahişi

Ata, mənə daxıl al,
Ona ehtiyacım var.
Daxılım olmadıqca
Pulum, param dağılar.
 
 
Ona qəpik atdıqca
Pulun sayı çoxalar.
Qənaətim artdıqca
İsrafçılıq yox olar.
 
Pulu düz xərcləməsək,
Edilmərik, getdi hara.
Qənaəti sevənlər
Düşməzlər heç vaxt dara.
 
 
Kim deyir ki, daxılın
Dost köməyi az olar.
Atalar yaxşı demiş:
Dama-dama göl olar".