Təbiət

Arktik səhralar

Arktik səhralar-Yer kürəsinin Şimal qütbü ətrafında formalaşmış təbii zonadır. Bu zona, Şimal Qütbü, bütün Şimal Buzlu Okeanı, Atlantik və Sakit Okeanların şimal hissəsini, həmçinin Avrasiyanın və Şimali Amerikanın bir hissəsini və planetimizin bu bölgəsində formalaşmış, demək olar ki, bütün adaları əhatə edir. 


Bura arktik iqlimlə səciyyələnən ən şimal təbii zonadır. Burada ərazi buz, çınqıl və daşla örtülüdür! Bu təbii ərazidə ən çox qar və buz müşahidə olunur. Arktik səhralarının zonası “buz zonası” olaraq da adlanır. Ən az günəş işığının düşdüyü yer məhz buradır.

Yunanca “Arctos” “Ayı” deməkdir.


Arktik səhralar zonasında sərt Arktika iqlimi hakimdir. Burada quru və su sahələrinin əksəriyyəti qalınlığı 3-5 metrə çatan buzlaqlarla örtülüdür! Arktikada ildə təxminən 20 sm yağıntı düşür ki, bu da Sahara səhrasından azdır! Soyuq arktik havada rütubət demək olar ki qalmır, buna görə də səhrada olduğu kimi, bura yağıntılar nadir halda düşür. İllik yağıntı 200–300 mm-dir. Əsasən, qar yağır. Arktik zonada demək olar ki, həmişə güclü və sərt küləklər əsir.


Arktikada qış sərt və uzun olur. Bu zaman havanın temperaturu -60 °C-ə düşə bilər! Yalnız iyul və avqust aylarında sıfırdan bir qədər yuxarı qalxır.


Arktik səhrada, regiondan asılı olaraq bir neçə gündən yarım ilə qədə qütb gecəsi davam edir. Qütb gecələrinin davamiyyəti qütbə doğru artır: qütbün özündə bu təbii fenomen 6 aya qədər davam edir, lakin cənuba endikcə müddəti azalır.


Qütb gecəsi-günəşin üfüqdən yuxarı qalxmadığı dövrdür.


Bu zaman ən gözəl təbiət hadisələrindən birini-şimal (qütb) işıqlarını müşahidə etmək olar. Birdən qaranlıq səma, zolaqlar və ya şüalar şəklində, parlaq bir parıltı ilə işıqlandırılır. Parıltının rəngi atmosferin vəziyyətindən asılı olaraq mavi, yaşıl, ağ ola bilər. Bu təbii fenomen bir neçə dəqiqə davam edə bilər və ya bir gündən belə çox davam edə bilər.


Şimal (qütb) işıqları - atmosferin yuxarı təbəqələrinin parıltısıdır.


Arktikada yay çox qısa və soyuq keçir. İyul və avqust aylarında burada havanın temperaturu sıfırdan bir qədər yuxarı qalxır. Hətta bu zaman şaxtalar mümkündür. Yayda hava əsasən buludlu olur, tez-tez duman, yağış və qar yağır. Arktikanın bəzi ərazilərində yazdan payıza qədər “qütb gündüzləri” müşahidə etmək mümkündür.


Qütb gündüzləri - Günəşin bir gündən çox üfüqün altına batmadığı dövrdür.


Ən qısa qütb günü-2 gün, ən uzunu-6 aya qədər davam edir. Qütb gündüzləri Qütb dairəsinə kifayət qədər cənubda yerləşən şəhərlərdə də müşahidə edilir. Qütb dairələrində gündüzlər təqribi 6 ay davam edir. Şimal qütbündə bu hadisə 18-26 mart tarixlərində, Cənub qütbündə isə 21 sentyabrdan 23 mart tarixlərində baş verir. Ancaq halbuki həmin ərazilərdə qütb gecələri müşahidə edilmir. Günəşin uzun müddət səmada olmasına baxmayaraq, üfüqdən yuxarıda aşağı mövqedə yerləşməsi və havanın buludlu olması səbəbindən, yeri az dərəcədə qızdırır.


Qütb gündüzləri və Qütb gecələri haqqında ilk elmi məlumatı qədim yunan astronomu Abderalı Bion vermişdir.


Arktik səhralarda demək olar ki, bitki örtüyü yox dərəcəsindədir. Kollar yoxdur, şibyə və mamırlar isə seyrək şəkildə bitir. Buradakı torpaqlar və qayalar bir neçə min ildir ki, donmuş vəziyyətdədir. Bu torpaq zonası “Əbədi don” adlanır.


Faunası əsasən dəniz canlılarından ibarətdir: morj və suiti. Yayda quş bazarları yaranır. Yerüstü fauna kasaddır. Ara-sıra qütb tülküsü, ağ ayı, lemminqə rast gəlinir.


Arktikada insanlar tədqiqat fəaliyyəti ilə məşğul olurlar: iqlim dəyişikliyini müşahidə edir, heyvan və bitki aləmini öyrənirlər.


İnsan Arktikanı çoxdan öyrənməyə başladı. Bu zonanın bir çox ekoloji problemi də məhz insan fəaliyyəti ilə bağlıdır: qütb ayıları və suitilərin ovlanması, bu heyvanların nadir hala gələrək Qırmızı Kitaba daxil edilməsi və s.


Arktika dənizlərində insanlar balıqçılıqla məşğul olurlar. Bu səbəbdən dəniz canlılarının sayı da gündən-günə azalır.


Arktika ərazilərində bu cür mənfi fəaliyyətlərin qarşısını almaq məqsədilə nadir heyvanların ovlanması və məhdud balıq ovu qadağan edilib. Burada xüsusi qoruqlar yaradılıb. Onlardan biri də “Vrangel” adasıdır.