Təbiət

Tozağacı

Tozağacı haqqında Rusiyada neçə-neçə mahnı bəstələnib! Ən yaxşı rəssamlar öz əsərlərində bu ağacı təsvir ediblər.

 

Hündür ağac olan tozağacının sıx çətiri yuxarı getdikcə genişlənir. Çox qoca ağacların çətiri salxım söyüd kimi aşağı sallanır. Günəşli talalarda tozağacıları bəzən tək-tək böyüyürlər. Lakin, adətən bu ağaclar meşəliklər əmələ gətirir. Yaşıl meşə al-əlvan gül-çiçək fonunda tozağacının ağ gövdəsi doğrudan da çox gözəl görünür.

 

Tozağacı fındıq və söyüd ağaclarından sonra, aprelin axırı-mayın əvvəlində çiçək açır. Onun çiçəkləri çox sadədir, sıraya oxşayır. Elə ki, yarpaqlar limon kimi saralır, deməli sentyabr gəlib.

 

Külək tozağacının meyvələrini hər tərəfə yayır. Ağacları kəsilmiş meşə sahələrində  tozağacı başqa ağaclardan tez böyüyür.

 

Tozağacı çox tez boy atır. 20-25 il ərzində, xüsusilə nəm torpaqlarda o, beşmərtəbəli ev hündürlüyünə qədər qalxır. Yay günlərində bir sutka ərzində ağac torpaqdan qırx vedrəyə qədər su çəkir.

 

 

Tozağacı çox xeyirli ağacdır. Onun tumurcuqlarından dərman hazırlanır. Budaqlarından süpürgə kimi istifadə edilir. Kağız kimi nazik qabığından göbələk və giləmeyvə yığmaq üçün xırda qutular və səbətlər düzəldilir. Tozağacı odunu sobalar üçün ən gözəl yanacaqdır. Oduncağından  faner, mebel, skipidar, ağac spirti, sirkə hazırlanır.

 

Tozağacının dünyada 100-dək, o cümlədən Azərbaycanda 3 növü məlumdur. Onlar Böyük və Kiçik Qafqazda 2400-2500 metr yüksəklikdə meşəliklər əmələ gətirir.

 

Kareliyada, Belorusiyada, Latviyada və Skandinaviya ölkələrində elə tozağacılar var ki, onların gövdəsindən möhkəm, qalın bir qat əmələ gəlir. Buna fır deyirlər. Fır elə bərk olur ki, onu balta da kəsmir. Gözəl oduncaqlı Kareliya tozağacından mebel, mücrülər, bəzək şeyləri hazırlanır. Tozağacın bu növünə çox az təsadüf edilir. İndi onu süni sürətlə çoxaldırlar.

 

İsti yay günlərində işıqlı, təmiz havalı tozağacı meşəsində gəzmək çox xoş olur.