Təbiət

Yosunların nə xeyri var?

Yosunlar müxtəlif dəniz heyvanları üçün yemdir, həmçinin havaya oksigen buraxır.

 

Yosunlar sudan əldə etdiyi mineral maddələrlə qidalanır. Kökə oxşayan çıxıntıları ilə onlar suyun dibinə və sualtı daşlara yağışıb qala bilirlər. Bütün bitkilər kimi yosunların da tərkibində xlorofil var və fotosintez edirlər.

 

Yosunlardan kənd təsərrüfatı gübrələri hazırlayırlar, çünki onların tərkibində çoxlu faydalı üzvi maddələr və mineral duzlar var. Bəzi yosunlar müalicəvi xüsusiyyətlərə malikdir, ona görə də onlardan kosmetik, dərman və yeyinti məhsullarının hazırlanmasında istifadə edirlər.

 

Yosunlarda hətta kosmik uçuşlar zamanı da istifadə edirlər: onlar kosmonavtların nəfəs alması üçün lazım olan oksigeni verir, həm də qida məhsulu kimi xidmət edir. Axı yosunlar çox qidalıdır.