Təbiət

Göbələk xeyirlidirmi?

Müxtəlif ölkələrdə şampinyon, ağ göbələk və başqalarından çox dadlı yeməklər hazırlayırlar. Göbələklərdə insan orqanizmi üçün lazım olan qiymətli qida maddəsi-protein, həmçinin mineral duzlar var.

 

Bəzi göbələkləri, məsələn, şampinyonları xüsusi olaraq süni şəraitdə becərmək olar. Başqa göbələklər meşə və talalarda bitir, payızın əvvəlində, hələ havanın xeyli isti, ancaq yağış və rütubətin bol olan vaxtı     göbələklər daha çox bitir. Göbələklər, əsasən, ağacların köklərinin üstündə bitir və tökülmüş yarpaqların tərkibindəki üzvi maddələr ilə qidalanır.

 

Ancaq göbələk toplayan zaman yeməli olmayan göbələkdən seçməyi bacarmaq lazımdır. Bəzi göbələklər çox zəhərlidir, ancaq yeməli göbələklərə o qədər oxşayır ki, onları bir-birindən ayırmaq mümkün deyil.