Xalq mahnısı. Sarıbülbül
I
«Vətən bağı» al-əlvandır,
Yox içində xarıbülbül.
Ömür sürməli dövrandır,
Səsin gəlsin,sarıbülbül.
II
Oxu, nəğməm dilə gəlsin,
Xoş nəfəsin elə gəlsin.
Bahar gülə-gülə gəlsin,
Mən çalanda tarı, bülbül.
«Sarıbülbül» mahnısı 3/4 xanə ölçüsündədir. Mahnıda onaltılıq, səkkizlik və çərək notlardan istifadə olunur. Bu mahnı «Segah» Azərbaycan klassik muğamı intonasiyaları əsasında yazılmışdır.
«Sarıbülbül» Azərbaycan xalq mahnısının ən gözəl ifaçısı SəxavətMəmmədov olub.
26.10.2022