Bu maraqlıdır!

Kainatdakı ən böyük rəqəmlər

Rəqəmlər dünyası bir çox sirrlərlə doludur. Yəqin ki, hər kəs bir dəfə də olsa özünə “Ən böyük rəqəm hansıdır”? sualını verib. “Milyon”, “milyard”, “trilyon” kimi rəqəmlər, demək olar ki, hamıya tanışdır, lakin say silsiləsi bununla bitmir və məntiqi sual yaranır: Daha sonra hansı rəqəm gəlir?

 

Məqaləmizdə daha hansı böyük rəqəmlərin mövcud olduğu, necə adlandırıldığı və işarələndiyi, harada istifadə oluna biləcəyini nəzərdən keçirməyə çalışacağıq!

 

Böyük rəqəmlərin və onların nomenklaturasının öyrənilməsinə bəzən «quqologiya» da deyilir. Termin "googol" (klassik böyük rəqəm) və "loqos" (tədris) sözlərinin birləşməsindən əmələ gəlib. Böyük ədədləri, daha doğrusu, quqologiyaya aid olan riyazi obyektlərə quqolizm deyilir.  Bu termini riyaziyyat həvəskarı Conatan Bauers irəli sürüb.

 

Quqol sayı (Googol) — onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəddir: 10100 = 10 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000.

 

1938-ci ildə məşhur amerika riyaziyyatçısı olan Edvard Kazner qardaşı uşaqları ildə parkda gəzərkən, böyük ədədlər haqqında müzakirə edirdi. Danışığın gedişatında yüz sıfırlı ədəd haqqında söhbət açıldı. Bu ədəd hələ adlandırılmamışdı! Uşaqlardan biri, doqquz yaşlı Milton Sirotta bu ədədi "quqol" (googol) adlandırmağı təklif etdi. 1940-cı ildə Edvard Kasner Ceyms Nyumanla birlikdə "Riyaziyyat və Təxəyyül" ("Riyaziyyatda Yeni Adlar") elmi-populyar kitabını yazdı və burada riyaziyyat həvəskarlarına “quqol” rəqəmi haqqında danışdı.

 

Bütün onluq dərəcələr kimi, quqol ədədinin də yalnız iki sadə böləni (2 və 5) var. Quqol ədədinin tam bölənlərinin ümumi sayı 10 mindən çoxdur. Quqol ədədi ikilik say sistemində 333 simvoldan ibarətdir. Son 100 rəqəm sıfırdır.

 

Quqol rəqəmi adını daşıyan Google axtarış sistemi sayəsində dünyada  yaxşı tanınıb. Qeyd edək ki, “Google” ticarət nişanıdır, “googol” isə rəqəmdir.

 

Quqolpleks (Googolplex) — 1010100 ədədinə verilən addır. Quqolla birlikdə Quqol ailəsinin bir üzvüdür. Belə böyük rəqəmlərin yazılmasının rahatlığı üçün xüsusi hiperoperatordan - "^" simvolu ilə işarələnən tetrasiyadan (güc qülləsi) istifadə olunur. Bu simvoldan istifadə edərək Quqolpleks 10^10^100 kimi görünəcək:1010 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 kimi də ifadə olunur.

 

Adi quqol ədədi kainatı əmələ gətirən 1072-1087 saydakı elementar hissəciyin sayından daha böyükdür. Quqolpleks ədədi isə 1-in arxasınca yazılan quqol qədər sıfırdan ibarət olduğu üçün onu kağıza və ya sabit diskə onluq say sistemi ilə yazmaq mümkün deyildir.

 

Qraham sayı (Graham's number) - Riyazi hesablamalarda indiyə qədər istifadə edilən ən böyük rəqəm olduğu üçün bu rəqəm Ginnesin Rekordlar Kitabına daxil edilib. O qədər böyükdür ki, bunun üçün xüsusi olaraq "ox" işarəsi ilə qeyd edilir: Məsələn, "2↑2" "2˄2"- dır və "2↑↑2" - "2˄2˄2"- dir. Əslində, Qraham rəqəmi belə görünür: G=f64(4), burada f(n)=3↑˄n3. Qraham nömrəsinin son on rəqəmi ...2464195387-dir. Praktikada Qraham ədədi Puankare teoremindəki ədəddən dəfələrlə böyükdür və onun onluq işarəsi kainata sığmır, çünki bunun üçün çox kiçikdir.

 

Bu rəqəm ilk dəfə amerikalı riyaziyyatçı Ronald Qraham tərəfindən 1977-ci ildə Ramsey nəzəriyyəsində bir qiymətləndirməni sübut edərkən istifadə edilib: n-ölçülü bixromatik hiperkublar.

 

Qrahamın sayı yalnız Martin Qardnerin 1989-cu ildə yazdığı "Penrouz Mozaikasından Təhlükəsiz Şifrələrə" kitabındakı hekayədən sonra şöhrət qazandı.

 

Qrem sayı googol, googolplex kimi hər hansı digər məlum rəqəmdən ağlasığmaz dərəcədə böyükdür. Hətta Skyuz (Skewes) və Moser sayından da böyükdür.