Cizgi filmləri

“Tom və Cerri” cizgi filmi

“Tom və Cerri” cizgi filmi ABŞ-da 1940-cı ildə Uilyam Hanna və Cozef Barbera tərəfindən çəkilib. Əhvalatın mərkəzində pişik Tom və siçan Cerrinin rəqabəti durur. “Tom və Cerri”nin digər personajları məhəllə pişiyi Baç, Spayk, Tayk, siçan balası Taffi, ördək balası Kvaker və sarı bülbüldür.

 

Bu cizgi filminin ekranlaşdırılması ideyası isə 1936-cı ildə ssenarist Riç Hoqan tərəfindən yaranıb, çəkilişi 1936- ildə başlayıb və 1939-cu ildə başa çatıb.

 

Filmin ilk seriyası “Puss gets the boss” (“Çəkmə ilə vurulan pişik”) adlandırılıb.


Ekranlara çıxan bu cizgi filmində pişik – “Kasper”, siçan isə - “Cerri” adlanırdı. Bu animasiya filmi elə ilk nümayişindən sonra milyonların ürəyinə yol açır. Hətta gözlənildiyindən də qat-qat artıq populyarlaşır. Uilyam Hanna və Cozef Barberanın yaratdığı bu cizgi filmi dünyanın hər yerində baxılan, sevimli, ən məşhur bir cizgi filminə çevrilir.

 

İlk seriya çox bəyənildikdən sonra filmin yaradıcıları obrazlara yeni ad verməyi qərara alırlar. Bu münasibətlə müsabiqə təşkil olunur və Con Karrın təklif etdiyi “Tom və Cerri” adı qəbul edilir. Sonra filmin 113 seriyası çəkilir və bunlardan 7-si mükafata layiq görülür.

 

1941-ci ildən cizgi filminə o vaxtlar məşhur olan Fred Kuimbi prodüsserlik etməyə başlayır. Elə həmin vaxtdan dünyaşöhrətli cizgi filmi rəsmi olaraq “Tom və Cerri” adlandırılır.


"Tom və Cerri" Fred Kuimbiyə (1886-1965) 8 oskar qazandırır.


1960-cı ildə “Tom və Cerri” cizgi filmi Djin Deyç və Vilyam Snayder tərəfindən hazırlanır. Onların çəkdiyi seriyalar tamaşaçıların qəzəbinə səbəb olur. Çünki personajların dialoqları tezləşdirilmiş, musiqilər azalmış və obrazların rəngi daha solğun hala gəlmişdi.

 

1963-cü ildə filmi bu dəfə Çak Cons hazırlayır. Bundan sonra obrazlar əvvəlki vəziyyətinə qaytarılır və personajların simasında bəzi kiçik dəyişikliklər edilir.


1965-ci ildə televiziyada yayımlanmağa başlayan “Tom və Cerri” də bu dəfə daha böyük dəyişikliklər edilir. Filmdə üzü görünməyən ev sahibəsi Mamminin arıq bir qadına çevrilməsi olur. Son olaraq cizgi filmi 1986-cı ildə MGM studiyası tərəfindən alınır və TBS, TNT və “Cartoon NetWork” kimi kanallarda yayımlanmağa başlanır. Qeyd edək ki, “Tom və Cerri”nin bu günə qədər 6 uzun filmi və 114 qısa filmi olub.

 

"Tom və Cerri" cizgi filmi 163 seriyadan ibarətdir. Onlardan:

123 seriyasında Cerri qalib gəlir..
8 seriyasında Tom qalib gəlir.
20 seriyasında hər ikisi qalib gəlir.
12 seriyasında hər ikisi məğlub olur.