Təbiət

Mamır nəyə görə xeyirlidir?

Torpağın üstünü örtən mamır yağış suyunu torpaqda saxlayıb buxarlanmağa qoymur. Mamırın özü isə torpaqdakı suyu istifadə etmir, belə ki, o havadakı su buxarını uda bilir. Bundan başqa, mamır qatı torpağı və bitkilərin köklərini soyuqdan qoruyur.

 

Mamır quruyub öldükdən sonra isə çürüntüyə çevrilir - bu, başqa bitkilər üçün təbii gübrədir. Həmçinin mamır atmosferi korlayan zərərli maddələri, məsələn, atom elektrik stansiyasının işi zamanı ayrılan maddələri udub özündə saxlayır. 


Ölmüş mamırın çox miqdarda yığılıb qaldığı bataqlıq yerlərdə zaman keçdikcə onlardan yanacaq və gübrə kimi istifadə edilən xüsusi üzvi maddə-torf əmələ gəlir.