Şeirlər

Əyyub Türkay. "Ağ qızıl" ustası

Fermer əmim tarlada
Pambıq əkib-becərir.
Yerə düşən hər toxum,

Öz vaxtında cücərir.

 


Pambıq sahələrində
Hər il məhsul bol olur.
“Ağ qızıl” anbarlara,
Rahat, itkisiz dolur.

 

 

 


Əməksevər əmimin,
Burda var alın təri.
Zəhmətli halal işin,
Yoxdur, tayı-bənzəri.