Bu maraqlıdır!

Avropa ölkələri haqqında maraqlı faktlar

1. Avropa sivilizasiyası qədim Yunanıstanda, Aralıq dənizinin şərqində yaranıb. Avropanı, dünyanın bir hissəsi kimi, Asiyadan ayırmağa ilk qərarı Yunanlar veriblər.

 

2. Ənənəvi olaraq Avropa beş hissəyə bölünür - Qərbi, Şərqi, Mərkəzi, Cənubi və Şimali.

 

3. Cənubi Avropada Qərbi, Şərqi və ya Şimali Avropadan fərqli olaraq daha çox ölkə yerləşir.

 

4. İqtisadi cəhətdən ən inkişaf etmiş region məhz - Qərbi Avropadır.

 

5. Avropada 43 dövlət var. Əslində, bu rəqəm daha yüksəkdir, lakin bəzi ölkələrin ərazisi tam olaraq bu tərəfdə yerləşməyibr. Məsələn, Rusiya və ya Türkiyənin ərazisi.

 

6. Bütün transkontinental dövlətlərdən Türkiyə Avropada ən kiçik hissəyə malikdir - cəmi 3%. Bu ölkənin ərazisinin qalan 97%-i Asiyada yerləşir.

 

7. Avropanın bütün ölkələrindən yalnız 27-si Avropa İttifaqının üzvüdür.

 

8. Kipr bəzən Asiyaya aid edilir, lakin o, Avropa Birliyinin üzvüdür. Başqa təsnifata görə Cənubi Avropaya aiddir.

 

9. Bəzi Avropa dövlətləri, məsələn, Böyük Britaniya və Fransa, minlərlə kilometr uzaqlıqda yerləşən xarici ərazilərə sahibdir. Bunlar keçmiş müstəmləkə dövrlərinin əks-sədasıdır.

 

10. Avropada xarici turistlərin ən çox ziyarət etdiyi ölkə - Fransa, dünyanın ən çox ziyarət edilən şəhəri - Paris, yer üzündə ən çox ziyarət edilən pullu attraksion - Eyfel qülləsidir.

 

11. Avropanın coğrafi mərkəzi Belarusdadır.

 

12. Portuqaliya yeganə Avropa ölkəsidir ki, bir vaxtlar paytaxtı başqa materikdə olub. Fransa imperatoru Bonapart Napoleonun fəthləri zamanı Portuqaliyanın kral ailəsi Braziliyaya qaçmış və Rio de Janeyro 12 il Portuqaliyanın paytaxtı olmuşdur.

 

13. Yer kürəsinin ən böyük adası Qrenlandiya Avropa ölkəsi olan Danimarkaya aid olsa da, coğrafi baxımdan Şimali Amerikaya məxsusdur.

 

14. Avropada ​0,44 km² ərazini əhatə edən dünyanın ən kiçik dövləti Vatikan yerləşir. Sonrakı yerdə 2,02 km² sahəsi olan - Monakodur.

 

15. Tamamilə Avropada yerləşən ən böyük ölkə Ukraynadır.

 

16. Avropada tam və ya qismən 7 tanınmamış və ya qismən tanınmış dövlət var.

 

17. Avropanın indiki sərhədləri daxilində ən qədim ölkəsi - San Marinodur. Bu respublika 301-ci ildən mövcuddur.

 

18. Norveçi - Avropanın ən şimal ölkəsi hesab etmək olar. Avropanın ən ucqar şimal nöqtəsi məhz Norveçə məxsus - Nordkap burnudur.

 

19. Avropanın ən qədim dövləti Bolqarıstandır. Maraqlıdır ki, ölkə eramızın 681-ci ildə yarandığı gündən bəri adını dəyişməyib.

 

20. Adambaşına düşən Ümumi daxili məhsulu hesablasaq, Avropanın ən kasıb ölkəsi - Albaniya, Avropa İttifaqının sərhədləri daxilində isə - Moldovadır.

 

21. Ağcaqanadların olmadığı yeganə Avropa ölkəsi -  İslandiyadır.

 

22. On doqquz Avropa dövlətinin dənizə birbaşa çıxışı yoxdur. Ancaq bəzilərində birbaşa olmasa da, çaylar vasitəsilə var.

 

23. On dörd Avropa ölkəsi tamamilə adalarda yerləşir və materikdə ərazisi yoxdur.

 

24. Lüksemburq Böyük Hersoqluğu - Avropada və bütün dünyada yeganə ölkədir ki, rəsmi olaraq hersoqluqdur.

 

25. Bosniya və Herseqovinada qədim zamanlardan günümüzə qədər gəlib çatmış unikal ibtidai Peruçisa meşəsini görmək olar.

 

26. Böyük Britaniyada Lanfairpwllgwyngyllgogerychwyrndrobwllllant adlı şəhər var. Uelsdə yerləşir.

 

27. Dünyanın ən böyük qalası olan Praqa qalası Çexiyada yerləşir. Hər il buranı on minlərlə turist ziyarət edir.

 

28. Tarixi görməli yerlərin və təbii gözəlliklərin bolluğuna baxmayaraq, Avropada ən çox ziyarət edilən yer Parisdəki Disneyland əyləncə parkıdır.

 

29. Lixtenşteyn dünyada ən aşağı cinayət nisbətinə malikdir. Bu, dünyada ordusu olmayan nadir ölkələrdən biridir.

 

30. İki Avropa dövləti, Fransa və Danimarkanın Amerikada mülkləri var. Danimarkanın - Qrenlandiya, Fransanın isə - bir sıra adalar və Fransız Qvianası.

 

31. Avropanın ən kiçik müstəqil ölkəsi Vatikandır. Amma burada başqa cırtdan dövlətlər var - Monako, Lixtenşteyn, Lüksemburq, San Marino və Andorra.

 

32. Dünyanın ən xoşbəxt ölkələri siyahısına hər il iki Avropa ölkəsi başçılıq edir. Bunlar - Norveç və Danimarkadır.

 

33. Dünyanın ən böyük buz mağara sistemi Eisriesenwelt - Avstriyaya aiddir.

 

34. Şotlandiyada orta əsr dünyasının mirvarisi sayılan, Neolit dövrünə aid edilən, Şimali Avropada sağ qalmış ən qədim daş evi -Knap Hovar yerləşir.

 

35. Slovakiyanın paytaxtı Bratislava, Avstriya və Macarıstanla sərhəddə yerləşir və bu özəllik şəhəri - dünyada iki müstəqil dövlətlə həmsərhəd olan yeganə paytaxt edir.