Təbiət

Bitkilərə çiçək nə üçün lazımdır?

Çiçək açan bitkilər Yer kürəsində o birilərindən sonra yaranıb və bu ən çox inkişaf etmiş bitki növüdür. Onlar 100 milyon il bundan əvvəl meydana gəlib və bu gün elmə 250000 növü məlumdur.

 

Çiçək açan bitkilər, əsasən, torpağın üstündə bitir, ancaq elələri var ki, suda məskunlaşıb. Milyon il əvvəl bitkilər ancaq suyun altında yaşayıb arta bilirdilər. Yer kürəsinin atmosferi həyat üçün normal olduqdan sonra bitkilərdə xüsusi çoxalma üzvü-çiçəklər meydana gəldi. Çiçəyin içərisində toxum, onlardan da həmin növdə bitkilər əmələ gəlir. Suda olan bitkilərin toxumları hərdən sahilə düşürdü və beləliklə, yeni bitkilər artıq suda yox, torpağın üstündə əmələ gəlməyə başladı. Beləliklə, çiçəklərin və toxumların əmələ gəlməsi ilə bitkilər quruya keçib.